ABŞ və Venesuela arasında neft sahəsində əməkdaşlığa dair bağlanmış saziş təsdiqlənmiş ehtiyatı 65 milyard barel neft olan 17 strateji yatağın işlənməsini nəzərdə tutur.
Bizim.Media xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin öz "Telegram" kanalında dərc olunan bəyanatında deyilir.
Sənədə əsasən, saziş özəl şirkətlərin iştirakı ilə neft hasilatını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Razılaşmalar çərçivəsində investisiyaların həcmi 100 milyard dolları ötəcək, Venesuela büdcəsinə vergi daxilolmalarının isə 209 milyard dollardan çox olacağı gözlənilir.
Venesuela hakimiyyəti hesab edir ki, saziş ölkənin iqtisadi artımına, Qərb yarımkürəsində enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və beynəlxalq neft bazarlarında sabitliyin artırılmasına töhfə verəcək.
Bizim.Media






































































































