Putindən Ərdoğana sərt sözlər  - “Radikal islamçılıq siyasəti yürüdür”x9d

Putindən Ərdoğana sərt sözlər - “Radikal islamçılıq siyasəti yürüdür”x9d

Hazırda oxunan: Putindən Ərdoğana sərt sözlər - “Radikal islamçılıq siyasəti yürüdür”x9d
108095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Təyyarəmizin məhv edilməsi və pilotumuzun həlak olması kimi faciəli hadisələrdən sonra Xarici İşlər Nazirliyimiz vətəndaşlarımıza təhlükə ilə bağlı xəbərdarlıq etməkdə düz iş görür. Problem dünən qarşılaşdığımız faciədə deyil. Problem daha dərindədir. Biz müşahidə edirik - və tək biz görmürük ki, Türkiyənin indiki rəhbərliyi illərdən bəri ölkəsində radikal islamçılığı dəstəkləyən məqsədyönlü siyasət yürüdür".

Moderator.az xəbər verir ki, bunları Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiyanın 1-ci kanalının məlumatına görə, Putin deyib ki, İslam möhtəşəm dünya dini, Rusiyadakı ənənəvi dinlərdən biridir: “Biz də islamı dəstəkləyirik və dəstək verməyə davam edəcəyik. Lakin söhbət islamın radikal yönünün dəstəklənməsindən gedir. Bu isə ilk baxışda aşkar görünməyən çox pis şərait yaradır. Əvvəla, belədir. İkincisi də odur ki, dünən baş vermiş faciədən sonra biz başqa insidentləri istisna edə bilmərik. Belə hadisələr baş verərsə, onlara dərhal reaksiya verməliyik".

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO