Mikayıl Cabbarov Tbilisidəki Azərbaycan məktəblərini gəzdi

Mikayıl Cabbarov Tbilisidəki Azərbaycan məktəblərini gəzdi

Hazırda oxunan: Mikayıl Cabbarov Tbilisidəki Azərbaycan məktəblərini gəzdi
99764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Oktyabrın 8-də Gürcüstana səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərə də baş çəkib. Nazir məktəblərdə yaradılan şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Tbilisidəki 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri və normal təhsil almaları üçün hər cür şərait yaradılıb.
Şagirdlər Azərbaycan, gürcü və ingilis dillərində Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Azərbaycanın təhsil naziri 64 saylı məktəbə gəlib. Məktəbin direktoru Tamara Mamsikaşvili qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus və gürcü bölmələri də fəaliyyət göstərir.

Nazir məktəbdəki sinif otaqları ilə tanış olub. Məktəbin nəzdində fəaliyyət göstərən “Ceyran”x9d rəqs qrupunun üzvləri maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.

Mikayıl Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib. Təhsil Nazirliyi adından məktəblərə xatirə hədiyyələri təqdim olunub.

Sonra nazir Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Muzeyin elmi işçisi Leyla Əliyeva bu mədəniyyət ocağının fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.

Daha sonra nazir Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn M.Cabbarovun səfərinin məqsədi barədə məlumat verib. Nazir ölkəmizdə təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən, Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsindəki əlaqələrdən danışıb. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə əlaqədar xüsusi layihələr hazırlanır.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, Azərbaycan dilində olan məktəblərin Azərbaycan dili və Azərbaycan ədəbiyyatı dərslikləri ilə təmin olunması, hər iki dili tədris edən müəllim kadrlarının hazırlanması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dünyanın bütün dövlətlərində yaşayan azərbaycanlıların mənəvi Vətənidir və Gürcüstanda yaşayan soydaşlarımız da bununla qürur duyurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO