
- A-
- A
- A+
Cəmiyyət
00:19 / 09.10.2015
1 dəq oxunma
Martirosyan Bakıda işlə təmin oluna bilər - Açıqlama
Hazırda oxunan: Martirosyan Bakıda işlə təmin oluna bilər - Açıqlama
99731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistandan qaçaraq Azərbaycana sığınan “Milli Azadlıq Hərəkatı”x9dnın rəhbəri Vaan Martirosyan Bakıda yaşamaq istəyir.
Bu barədə AzVision.az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bildirib ki, Vaan Martirosyan Azərbaycanda qalacaqsa, işlə təmin olunacaq.
“Vaan həyat yoldaşı ilə birlikdə tez-tez bizə gəlir. Hər şey yaxşıdır. Onun bura gəlməsindən sonra erməni deputatlar Ermənistan haqqında nələr yazmırlar ki? Vaan Martirosyanın Azərbaycana gəlməsi erməni deputatlara, hüquq müdafiəçilərinə sanki bir güc verib. Onlar da Sarkisyan rejimindən narazılıqlarını bildirirlər”x9d.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı”x9d təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb.
V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































