
- A-
- A
- A+
Cəmiyyət
13:49 / 07.10.2015
1 dəq oxunma
Deputat narazlıq etdi: “Özüm naxçıvanlı olduğuma görə demirəm...”x9d
Hazırda oxunan: Deputat narazlıq etdi: “Özüm naxçıvanlı olduğuma görə demirəm...”x9d
99433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Milli Məclisin bir neçə komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcə layihəsi ilə bağlı müzakirələr keçirilib.
Moderator.az xəbər verir ki, iclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev gələn ilin büdcəsində olan azalmalarla bağlı danışıb.
“Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universtitelər üçün yaxşı hal ola bilər”x9d.
Deputat qaçqın və məcburi köçkünlərlə də bağlı məsləyə də toxunub.
“Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaltmaq yox, əksinə artırmaq lazımdır. 20-25 ildir ki, onlar ağır şəraitdə yaşayırlar. Düşünürəm ki, onların problemləri həll olunmalıdır. Azərbaycanın real artımı xa02016-cı ildə 2,5%, Ermənistanda isə bu göstərici 0% olacaq”x9d.
Deputat bildirib ki, xa0Ermənistan 2,6 milyard dollarlıq büdcəsinin 114 milyon dollarını Qarabağa ayırıb.
“Azərbaycanda isə strateji cəhətdən əhəmiyyətli bir yer olan Naxçıvana ayrılan dotasiya 15,4 milyon dollar azaldılıb. Buna görə düşünürəm ki, ora ayrılan dotasiyanın azaldılması yaxşı hal deyil. Naxçıvan hər tərəfdən blokada şəraitində olan bir ərazidir. Bunu özüm naxçıvanlı olduğuma görə demirəm, belə bir vəziyyət harda olsa, dilə gətirərdim”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































