
- A-
- A
- A+
Общество
17:54 / 02.10.2015
2 dəq oxunma
Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısı Sekutaya verilib
Hazırda oxunan: Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısı Sekutaya verilib
98612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Nazir bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, o cümlədən enerji, sənaye, İKT, təhsil və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib.
Azərbaycan iqtisadiyyatı, dünyadakı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq istiqamətində görülmüş qabaqlayıcı tədbirlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə məlumat verən Ş. Mustafayev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, bu sahədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edilir.
Nazir Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb. Azərbaycanın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığına toxunan Ş. Mustafayev təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihənin həyata keçirildiyini qeyd edib.
Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunan ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
R. Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib, ölkələrimiz arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir R. Sekuta ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə, eləcə də ABŞ-ın Ticarət nazirinin dəvəti ilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin ABŞ-a səfərinə dair müzakirələr aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































