
- A-
- A
- A+
Общество
15:19 / 02.10.2015
2 dəq oxunma
“Bankda böyük səhvlərə yol verilib”x9d - Samir Şərifov
Hazırda oxunan: “Bankda böyük səhvlərə yol verilib”x9d - Samir Şərifov
98559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Adi vətəndaşlar 40-50 min kredit aldıqları və bu zaman həmin kreditin miqdarından qat-qat yüksək olan evlərini, mülklərini girov qoyduqları halda, necə olur ki, bəziləri böyük həmcdə kreditləri Beynəlxalq Bakdan girovsuz götürüblər? Bu kreditlər nəyə görə heç bir girov tələb edilmədən onlara verilib?".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin beş komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc Beynəlxalq Bank ətrafında yaranmış qalmaqala maliyyə naziri Samir Şərifovun münasibətini öyrənərkən sual edib. Onun dediyinə görə, həmin insanlar cəmiyyətdə artıq "kredit oliqarxları" kimi ad qazanıblar:"Bu, çox ağrılı bir məsələdir. Ona görə bu məsələyə maliyyə nazirinin münasibətini bilmək istərdik".
Z. Oruca cavabında isə S. Şərifov artıq Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanmasına qərar verildiyini dilə gətirib. "Beynəlxalq Bankın əvvəlki rəhbərliyinin kredit verilməsində böyük nöqsanları olub, böyük səhvlərə yol verilib və ona görə rəhbərliyin hamısı vəzifələrindən kənarlaşdırılıb. Hazırda isə orada sağlamlaşdırıcı tədbirlər həyata keçirilir. Eyni zamanda, törədilmiş əməllərə hüquqi cəhətdən qiymət verilməsi tələb olunur. Çox təəssüf ki, böyük həcmdə kreditlər girovsuz verilib, həmçinin, həmin kreditlər riskli layihələrə yönəldilib. Bunlar yolverilməz hallardır. Odur ki, hazırda həmin Bankda sağlamladırıcı tədbirlər görülür və Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması nəzərdə tutulur"- deyə, S. Şərifov daha sonra sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































