
- A-
- A
- A+
Общество
11:22 / 02.10.2015
2 dəq oxunma
Tərtərdə Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Hazırda oxunan: Tərtərdə Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
98507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Əvvəlcə rayon prokurorluğunun işçiləri rayonun mərkəzi meydanına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad ediblər
Tədbir sonra Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qeyd etmişdir ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Sonra rayon prokuroru Azər Hətəmov, rayon hərbi prokuroru Fuad Məmmədov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, polis şöbəsinin rəisi Rauf Məcidov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışmışlar. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
Tədbirdə müasir dövrdə prokurorluğun yerinə və roluna münasibət bildirilib. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup rayon prokurorluq orqanının əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































