“Bayağı verilişlərin bağlanması davam edəcək”x9d  - MTRŞ

“Bayağı verilişlərin bağlanması davam edəcək”x9d - MTRŞ

Hazırda oxunan: “Bayağı verilişlərin bağlanması davam edəcək”x9d - MTRŞ
98208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“İctimaiyyətin narazılığına səbəb olan, teleradio haqqında qanunvericiliyi pozan, milli-mənəvi dəyərlərə xələl gətirən verilişlər var ki, onlarla da bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Proses davam edəcək”x9d.

Moderator.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O, bildirib ki, telekanallar ANS-lə bağlı bu gün verilən məlum qərardan müəyyən nəticə çıxararaq öz efirlərində, proqram siyasətlərində dəyişiklik edərlərsə, MTRŞ-nın inzibati müdaxiləsinə ehtiyac qalmayacaq:

“Bugünkü bərbad vəziyyət olduğu kimi qalacaqsa, bayağı verilişlərin yayımı davam etdiriləcəksə, bu proses davam etdiriləcək. Dövlətin və cəmiyyətin mənafelərinin qorumaq baxımından Şura ona verilmiş səlahiyyətlərdə istifadə etməyi məqsədəuyğun hesab edir”x9d.

T. Dadaşov qeyd edib ki, telekanallara qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz: “Burada teleradio yayımı sahəsində tənzimlənmədən, acınacaqlı durumun düzəldilməsindən söhbət gedir. Bu sosial sifarişdir, cəmiyyətin sifarişidir. Dövlət orqanı kimi də Şura öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO