Ermənistan ordusu Qazaxı atəşə tutdu

Ermənistan ordusu Qazaxı atəşə tutdu

Hazırda oxunan: Ermənistan ordusu Qazaxı atəşə tutdu

88696
Qazax rayonu ötən gün ermənilərin atəşinə məruz qalıb. Moderator.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 mm. minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Ermənistan respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl , Goranboy , Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO