- A-
- A
- A+
Cəmiyyət
13:02 / 22.07.2015
4 dəq oxunma
Azərbaycan Dövlət Aqrar Universiteti yeni tədris ilinə hazırlaşır- FOTO
Hazırda oxunan: Azərbaycan Dövlət Aqrar Universiteti yeni tədris ilinə hazırlaşır- FOTO
86833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Kənd təsərrüfatı ili”x9d elan edilmiş 2015-ci ildə respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıqla əlaqədar genişmiqyaslı işlər yerinə yetirilir. Bu tədbirlər sırasında tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet yer tutur. Universitetdə təhsil alan tələbələrin yarıdan çoxu digər regionlardan olmaqla, onlar əsasən kirayə evlərdə yaşayırlar. Bu isə maddi və sosial problemlərlə yanaşı, uzaq kənd rayonlarından təhsil almaq arzusunda olan gənclər üçün həlli vacib olan məsələlərdən biridir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın ali məktəbləri arasında ilk dəfə olaraq, ölkə Prezidentinin yaxından dəstəyi ilə universitetdə ən müasir tələblərə cavab verən 2 yataqxana kompleksi tikilməkdədir. Hər yataqxanada 630 nəfər (cəmi:1260) tələbənin yerləşdirilməsi nəzərdə tutulur, otaqların hamısı 2 nəfərlikdir. Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcəkdir. Hər 2 yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişətləri ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulmuşdur. Universitetin əsas tədris korpuslarının yerləşdiyi ərazidə yataqxanaların istifadəyə verilməsi müasir standartlara cavab verən kampus sisteminin formalaşdırılmasına, habelə beynəlxalq layihələr çərçivəsində xarici ölkələrlə müəllim-tələbə mübadiləsinə geniş imkanlar yaradacaqdır.
Tamamlanmaq mərhələsində və tikilməkdə olan tələbə yataqxanaları
Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Belə ki, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi”x9d ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetişdirmə laboratoriyası”x9d yaradılmış və iki növdə 2 min dən çox balıq yetişdirilməsinə başlanmışdır. Artıq həmin ərazidə 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və onların 8-də artıq müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edərək, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemlən-dirilməsi texnologiyasına da yiyələnirlər.
Qapalı balıqyetişdirmə laboratoriyası
Universitetdə heyvandalığın müxtəlif sahələri, o cümlədən arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə müvafiq işlərə başlanılıb. Belə ki, arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyasının tədris ilinin başlanğıcınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bundan başqa, fakültədə pataloji anatomiya, süni mayalanma mərkəzinin istifadəyə verilməsi istiqamətində də görülən işlər geniş vüsət alıb.
Baytaqlıq təbabəti və zoomühəndislik fakültəsində arıçılıq laboratoriyasının və pataloji anatomiya müzeyində görülən işlər
Baytaqlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbə yataqxanasından görünüşü:quşçuluq tədris mərkəzi, qapalı balıqyetişdirmə laboratoriyası və hovuzlar, maşın-traktor parkı, anatomiya muzeyi, patoloji anatomiya muzeyi, arıçılıq laboratoriyası, vivarium.
Universitetin aparıcı fakültələrindən olan aqronomluq fakültəsinə müasir laboratoriya avadanlıqlarının alınması ilə yanaşı, burada binanın döşəməsinin tamamilə yenilənməsi işləri davam etdirilir. Ötən tədris ilində binanın istilik sistemi yenidən qurulmuş, torpaqşünaslıq, bitki mühafizəsi laboratoriyaları üçün yeni avadanlıqlar alınmışdır.
Aqronomluq fakültəsinin döşəməsinin dəyişdirilməsi prosesi başa çatmaq üzrədir
Gəncə şəhərində ən böyük binalardan olan, universitetin iki-mühəndislik, elektroenergetika və informasiya texnologiyaları fakültələrinin yerləşdiyi mühəndislik korpsunun fasadının müasir standartlara və milli memarlıq üslubuna uyğun yenidən qurulması istiqamətində görülən işlər binaya xüsusi gözəllik verməklə, onun cəlbediciliyinin artmasına səbəb olur. Tədris korpusunda bir növbədə 2 min tələbənin təhsil alması mümkündür.
Mühəndislik korpusunun fasadının yenidən qurulması işləri
Mühəndislik korpusunun fasadının layhəsi
Universitetin aqrotexnologiya fakültəsində “istehlak mallarının ekspertizası və marketinqi”x9d və “qida məhsulları mühəndisliyi”x9d ixtisasları üzrə mütəxəssis hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktiki bilik və vərdişlərinin inkişaf etdiirilməsi məqsədilə müasir laboratoriya avadanlıqları alınmış və 2 auditoriyada quraşdırılmışdır.
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının elmi tədqiqat və tədris laboratoriyaları
Gəncə şəhərində ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Şərab Festivalı çərçivəsindəuniversitetin qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında şərab məhsullarının dequstasiyası və müsabiqəsi təşkil olunur. Bunu nəzərə alaraq, şərab məhsullarının istehsalı və saxlanması məqsədilə kafedranın zirzəmisi əsaslı şəkildə təmir olunmuş, soyuducular, saxlanma və digər avadanlıqlarla təchiz edilmişdir.
Universitetin iqtisadiyyat korpusunda 2-aqrobiznes və idarəetmə, aqrar iqtisadiyyat fakültələri yerləşməklə, burada 1200-ə yaxın tələbə təhsil alır. Qeyd olunan fakültələrin ixtisaslarına tələbatın yüksək, vahid sahəyə düşən tələbənin sayının çox olmasını nəzərə alaraq, korpusun arxasında olan, vaxtilə istifadə edilməyən və istifadəyə yararsız olan binalar əsaslı şəkildə təmir olunur, internet, istilik sistemi, kompyuterlər, ağıllı lövhələr, mebel dəstləri, parta və yumuşaq stullarla ilə təchiz edilir.
İqtisadiyyat korpusunun köməkçi tədris binalarında əsaslı təmir işləri və təchizat
Bütün tədris korpuslarında əsaslı təmir işləri ilə yanaşı, təmizlik, abadlıq, ağacların suvarılması işlərinə də diqqət yetirilir.
Aqrotexnologiya fakültəsinin həyəti
Beləliklə, Azərbaycan Dövlət Aqrar Universiteti 2015/2016-cı tədris ilinə müasir maddi-texniki baza, informasiya texnologiyaları, laboratoriya avadanlıqları, tələbə yataqxanaları, bütövlükdə yeni tədris mühiti ilə başlamağa hazırlaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































