Astarada həyətində narkotik yetişdirən şəxs saxlanıldı

Astarada həyətində narkotik yetişdirən şəxs saxlanıldı

Hazırda oxunan: Astarada həyətində narkotik yetişdirən şəxs saxlanıldı
82937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həyətində narkoplantasiya yetişdirən Astara sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətində narkoplantasiya yetişdirən rayon sakini saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə ƏMƏLİYYAT: Həyətində narkotik yetişdirən şəxs saxlanıldı


“Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Sərək kənd sakini Heydər Alıyev saxlanılıb.

Onun yaşadığı evin həyətindəki sitrus bağının içərisində əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 375 kiloqram olan 1284 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO