İlham Əliyev məşəli qəbul etdi -Fotolar+Video

İlham Əliyev məşəli qəbul etdi -Fotolar+Video

Hazırda oxunan: İlham Əliyev məşəli qəbul etdi -Fotolar+Video

80661
Prezident İlham Əliyev tədbirdə iştirak etdi.

Bu gün I Avropa Oyunlarının məşəli bölgələri dolaşdıqdan sonra sonuncu olduğu məkan ”“ Neft daşlarından Bakıya gətirilib.

Moderator.az xəbər verir ki, məşəli daşıyan qayıq paytaxtda Sadko limanına çatıb.

Burada neftçi Nahid Nuriyev məşəli Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Daha sonra dövlət başçısı məşəli Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovaya ötürüb.

Bu gün məşəl Ağ Şəhər Bulvarına, oradan isə Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq.

Daha sonra Oyunların rəmzi Qız Qalasına aparılacaq.

Qeyd edək ki, məşəl sabah, iyunun 8-də də Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bir neçə idman obyektində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO