Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət orqanlarının elektornlaşdırılması”x9d barədə Fərmanının icrası məqsədi ilə, Şəmkir rayon Gənclər və İdman İdarəsinin shamkir-gii.az adlı rəsmi veb səhifəsi yaradılmışdır.
Veb səhifədə Gənclər və İdman Nazirliyi, Olimpiya İdman Kompleksləri, Nazirliyin strukturu, Milli Olimpiya Komitəsi, Federasiyalar haqqında məlumatlar yerləşdirilmiş. Həmçinin Şəmkir rayonu, onun tarixi, mədəniyyəti və əhalisi haqqında geniş məlumatlar əks olunmuşdur. Bununla yanaşı, Şəmkir rayon Gənclər və İdman İdarəsinin tədbirləri, gördüyü işlər, keçirilən tədbirlər, gənclər və idman siyasəti haqqında məlumatlar da yerləşdirilmişdir.
Saytın əsas özəlliyi online müraciət xidmətinin olmasıdır. Belə ki, gənclər onları maraqlandıran istənilən məsələ ilə bağlı birbaşa əlaqə yarada bilərlər.






























































































