68 gənc DSMF-da işlə təmin olunub

68 gənc DSMF-da işlə təmin olunub

Hazırda oxunan: 68 gənc DSMF-da işlə təmin olunub

79905
“May ayı ərzində Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması prosesində uğur qazanan 68 gənc uyğun vəzifələrə təyin olunub”x9d
Moderator.az-ın verdiyi xəbərə görə, Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüşündə bildirib. O qeyd edib ki, “Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə qəbul olunmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu dövlət qulluqçularının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini gücləndirməklə yanaşı, bu şəxslərə qarşı tələbkarlığı da xeyli artırmış, onların xalqa və dövlətə daha yaxşı xidmət etməsinə, dövlət qulluğunun müasir dövrə uyğun meyarlarının formalaşmasına təkan vermşdir.  Ã–lkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynamışdır.”x9d
E.Mehdiyev işə yeni qəbul olunan gəncləri təbrik edərək, onlara öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Dövlət qulluğuna müsabiqə yolu ilə yeni qəbul olunan gənclər öz çıxışlarında qəbul prosessinin şəffaf, obyektiv və ədalətli keçirilməsindən məmnunluqlarını ifadə ediblər və  bilik və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə ölkə Prezidenti  cənab İlham Əliyevə səmimi təşəkkürlərini bildiriblər. Gənclər onlara göstərilən bu yüksək etimadı öz əməli işləri ilə doğruldacaqlarına söz veriblər.
Tədbirin davamında “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi: inkişafın yeni mərhələsi”x9d və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi”x9d mövzularında təqdimatlar keçirilib. Sonda iştirakçılarda maraq doğuran suallarla bağlı müzakirələr aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO