Abşeronda arvadını öldürən kişi tutuldu

Hazırda oxunan: Abşeronda arvadını öldürən kişi tutuldu

76703

Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO