DSMF-də mini-futbol turniri başlandı- FOTO

DSMF-də mini-futbol turniri başlandı- FOTO

Hazırda oxunan: DSMF-də mini-futbol turniri başlandı- FOTO

74380
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-də mini-futbol turniri başlandı.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Moderator.az -a verilən məlumata görə, Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.

Aprelin 6-də turnirin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. E.Mehdiyev qeyd edib ki, ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. “Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına da yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcəkdir.”x9d

DSMF-də ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlərin təşkil olunmasının artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdıran Fondun sədri deyib ki, bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.

Açılış mərasimində qeyd edilib ki, mini-futbol turnirində 8 komanda mübarizə aparacaq və yarışın qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyənləşəcək, onlara kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru

DSMF-də mini-futbol turniri başlandı- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4728.jpg">DSMF-də mini-futbol turniri başlandı- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4729.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO