BSU-da “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib -  FOTO

BSU-da “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib - FOTO

Hazırda oxunan: BSU-da “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib - FOTO

74232
BSU-da universitetin 15 illiyinə həsr olunmuş  “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib.

Aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə”x9d Kabinetinin təşkilatçılığı ilə BSU-nun 15 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final mərhələsi keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Kölgə Kabinetinin üzvü, Jurnalistika və Azərbaycan  Filologiyası fakültəsinin “xəlifə”x9d dekanı Aydan İsmayılova müsabiqənin tarixindən danışıb, müsabiqənin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini və gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu göstərməkdir. Daha sonra söz münsiflər heyətinə verilib. On beş iştirakçının öz şeirlərini səsləndirdiyi müsabiqənin final mərhələsində müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri “Qeyrətim oyan”x9d şeiriliylə Ülkər Piriyeva, “Ana”x9d şeiriylə Əbülfəz Kərimov və “Gözümün qarası”x9d qəzəliylə Habil Qüdrətli tutub. Qeyd edək ki, Ülkər Piriyeva İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvüdür.Sonda çıxış edən Bakı Slavyan Universitetinin prorektoru Prof. Telman Cəfərov tələbələrin bu müsabiqədə iştirakının təqdirləlayiq olduğunu bildirib, gələcək işlərində onlara uğurlar arzulayıb. Müsabiqənin sonunda qaliblər hədiyyələr və diplomlarla, digər on iki iştirakçı isə sertifikatlarla mükafatlandırılıb.
BSU-da “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4684.jpg">BSU-da “Yaradıcılıq”x9d müsabiqəsi keçirilib -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4685.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO