Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Hazırda oxunan: Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

641209

Dietoloq Aleksandra Şepeleva payız aylarında bəzi insanlarda iştahanın artması və davamlı yuxululuğun müşahidə olunduğunu bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bir neçə gün ərzində daha çox yatmaq və ya yemək istəmək mütləq xəstəlik əlaməti deyil. 

Orqanizm yüklənmə, yuxusuzluq və ya stressdən sonra daha çox istirahətə ehtiyac duya bilər. Lakin bu vəziyyət bir neçə həftə davam edirsə və gündəlik rejim dəyişmədiyi halda yuxululuq və iştahda nəzərəçarpacaq artım müşahidə olunursa, buna diqqət yetirmək lazımdır.

Mütəxəssis qeyd edib ki, davamlı aclıq qidalanmanın kifayət qədər balanslı olmaması ilə əlaqəli ola bilər. Belə halda zülal, lif və mürəkkəb karbohidratlarla zəngin qidaların rasiona əlavə edilməsi tövsiyə olunur.
 

Həkim xəbərdarlıq edib ki, iştahın artması ilə yanaşı, güclü susuzluq, tez-tez sidiyə getmə, səbəbsiz çəki dəyişikliyi, əllərdə titrəmə, ürəkdöyünmə və ya güclü halsızlıq yaranarsa, bunu yalnız mövsümlə əlaqələndirmək olmaz.


Dietoloqun sözlərinə görə, davamlı yuxululuq qanazlığı, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular, bəzi maddələrin çatışmazlığı, yuxunun keyfiyyəti ilə bağlı problemlər və digər səbəblərdən yarana bilər.

“İnsan 7-8 saat yatmasına və normal qidalanmasına baxmayaraq daim özünü halsız hiss edirsə, eyni zamanda iştahında və ya çəkisində dəyişiklik müşahidə olunursa, terapevtə müraciət etmək daha məqsədəuyğundur”, - Şepeleva bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO