Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Hazırda oxunan: Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

637919

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tutduğu vəzifədən azad edilib.

Bizim.Media “nocomment.az”a istinadən xəbər verir ki, Ramil Vəlibəyov uzun müddətdir YAP Nizami rayon təşkilatına rəhbərlik edirdi. Onun hansı səbəbdən vəzifəsindən kənarlaşdırıldığı hələlik rəsmi olaraq açıqlanmayıb.

Sayt yazır ki, üç gün öncə YAP Nizami rayon təşkilatında Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Həmin tədbirdə Ramil Vəlibəyovu onun müavini əvəz edib:

"Məsələ ilə bağlı YAP-ın mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, nə zənglərimizə, nə də göndərilən sorğuya cavab verilib".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO