“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO

“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO

Hazırda oxunan: “Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO
636800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərsun Holdinq” şirkətinin əsas şəkər markası olan “Azərşəkər” tərəfindən bu il də sosial dəstək ənənəsi davam etdirilib.

“Azərşəkər”in xammal təminatında mühüm rol oynayan şəkər çuğunduru fermerlərinin və İmişli Şəkər Zavodunun əməkdaşlarının məktəbli övladları yeni tədris ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları və şirniyyat hədiyyələri ilə sevindirilib.

Hədiyyələr İmişli şəhərində və Ağcabədi rayonunun Kəbirli kəndində şəkər çuğunduru yetişdirən fermerlərin, eləcə də zavod əməkdaşlarının bu il birinci sinfə başlayan və ibtidai siniflərdə təhsil alan övladlarına təqdim olunub.
 

Layihənin əsas məqsədi yeni tədris ilinə qədəm qoyan uşaqlara sevinc bəxş etməklə yanaşı, Azərşəkərin uzun illərdir əməkdaşlıq etdiyi fermerlərə və İmişli Şəkər Zavodunun əməkdaşlarına olan diqqət və təşəkkürünü ifadə etməkdir.



“Azərşəkər” üçün şəkər çuğunduru yalnız istehsalın əsas xammalı deyil, eyni zamanda yerli fermerlərin əməyi, zəhməti və regionların inkişafı ilə bağlı dəyər zəncirinin mühüm hissəsidir. Bu baxımdan fermerlər və onların ailələri ilə birlikdə olmaq, onların övladlarının sevincini bölüşmək markanın sosial məsuliyyət yanaşmasının vacib istiqamətlərindən biridir.

Yeni dərs ilinin ilk günlərində uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi oldu.

“Azərşəkər” – yerli zəhmətin, yerli şəkərin və gələcəyin yanında.

“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO - foto 1
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO - foto 2
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO - foto 3
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO - foto 4
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO