Növbəti iki gündə Bakıda hava necə olacaq?

Növbəti iki gündə Bakıda hava necə olacaq?

Hazırda oxunan: Növbəti iki gündə Bakıda hava necə olacaq?
636791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da və 17-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 28–33 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə sentyabrın 16-da əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Aran rayonlarında 30–35, dağlıq ərazilərdə 22–27 dərəcə isti olacaq.

Gülşad Məmmədova, həmçinin deyib ki, sentyabrın 16-da gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO