QAİ-dən Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdinə SƏRT REAKSİYA

QAİ-dən Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdinə SƏRT REAKSİYA

Hazırda oxunan: QAİ-dən Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdinə SƏRT REAKSİYA

636677

Qərbi Azərbaycan İcması Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini pisləyib.

Bizim.Media xəbər verir ki, icmanın bəyanatında bu yanaşmanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zəiflədir və revanşist qüvvələri təşviq edir.

Bəyanatda Ermənistanın mövqeyi Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım kimi dəyərləndirilib.

İcma vurğulayıb ki, Ermənistan cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi ilə bağlı əsassız iddialar irəli sürmək əvəzinə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı mədəni-tarixi irsin inkarı, təhrif olunması və dağıdılması məsələlərinə diqqət yetirməlidir. Bunun iki ölkə və xalq arasında davamlı sülhün bərqərar olmasına xidmət edəcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO