Məktəbə avtomobillə gedən valideynlərə çağırış: “Gəzə-gəzə gedin”

Məktəbə avtomobillə gedən valideynlərə çağırış: “Gəzə-gəzə gedin”

Hazırda oxunan: Məktəbə avtomobillə gedən valideynlərə çağırış: “Gəzə-gəzə gedin”
636628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 15-i Bilik Günündə şəhər yollarında həmişəkindən qat-qat çox tıxac müşahidə olunur. Buna ən böyük səbəb valideynlərin uşaqlarını məktəbə şəxsi avtomobillərlə aparmasıdır. Nəticədə mərkəzi küçələrdə və əsas yollarda sıxlıq yaranır, sürücülər və sərnişinlər təyinat nöqtəsinə normal vaxtdan çox gec çatırlar.

Bizim.Media xəbər verir ki, mövzuyla bağlı “modern.az”a nəqliyyat eksperti Yasin Mustafayev danışıb.

Bu məsələdə ən böyük yükün valideynlərə düşdüyünü qeyd edib.

"Ümumiyyətlə məktəb seçərkən evə yaxın olmasına diqqət etmək lazımdır. Bəzi ailələr isə kirayə qalırlar. Onlar kirayə mənzillərinə yaxın məktəb seçməyə diqqət etməlidirlər. Əgər mənzil uzaq olarsa valideynlər övladlarını avtomobillə dərsə gətirirlər. Bu isə çox ciddi sıxlığa səbəb olur. Elə məktəb var ki, 5000–6000 şagird var. Bir evdən iki şagird gəlsə, 3000 valideyn, 3000 dənə maşın deməkdir."

Ekspert valideynlərə səsləndi:

"Evdən biraz tez çıxsınlar, gəzə-gəzə gəlsinlər. Həm övladları ilə bir az söhbət eləyərlər, həm təmiz hava alarlar, həm idman eləmiş olarlar. Bu vərdişlərlə sağlam həyata keçmiş olarlar", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO