Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Hazırda oxunan: Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

629248

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.

Lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturunun Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.

Gülşad Məmmədova, eyni zamanda, diqqətə çatdırıb ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan mülayim şimal-şərq küləyi avqustun 6-da arabir güclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO