Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Hazırda oxunan: Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

629156

Azərbaycanda sürücüsüz nəqliyyat vasitələri tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu cür avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır.

İlk dəfə olaraq "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib. Bu dəyişikliklər xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların, sürücüsüz metro qatarlarının, uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarına imkan yaradacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyir ki, avtonom nəqliyyat vasitələrinin iqtisadi, ekoloji, həmçinin təhlükəsizlik cəhətdən bır sıra üstünləkləri olacaq.
 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu nəqliyyat vasitələri tam olaraq sürücünü əvəz edən bütün bacarıqlara malik olmalıdır ki, müdaxilə olmadan yol hərəti qaydalarına riayət edə bilsin. Bundan əlavə, avtonom nəqliyyat vasitələrinin fərqlqəndirici nişanları da olacaq.


Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək.

Məsələn, ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün olacaq. İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar həyata keçirəcək.

Bu isə o deməkdir ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət yarandıqda müdaxilə edə biləcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO