Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var
628542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Tural Cəlal oğluna məxsus "Chevrolet Cobalt" markalı minik avtomobilinə çırpılıb.


Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.

Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü İsa Rüfət oğlu Məmmədov hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Yusif Xudaya oğlu Quliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.

Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO