İlin I rübündə pensiya ödənişlərinə 1 mlrd. 416 mln. manat yönəldilib

İlin I rübündə pensiya ödənişlərinə 1 mlrd. 416 mln. manat yönəldilib

Hazırda oxunan: İlin I rübündə pensiya ödənişlərinə 1 mlrd. 416 mln. manat yönəldilib
627083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 416 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, pensiyaların orta aylıq məbləği 16 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 15 faiz artaraq 456 manata çatıb.

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb.

Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu ilin 3 ayı ərzində 10,3 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 81,7 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO