Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Hazırda oxunan: Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

626720

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqlar üstünlük təşkil edib.

Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, kimlər uşaq övladlığa götürə bilər? Hansı hallarda şəxsin övladlığa götürməsinə icazə verilmir?

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, "Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin açıqlamasına görə, Azərbaycanda övladlığa verilə biləcək uşaqlar, ümumiyyətlə, valideyn himayəsindən məhrum olmuş 0-18 yaş aralığındakı uşaqlardır:
 

“Övladlığa götürmə qəyyumluqdan fərqlənir. Bu zaman uşağa övladlığa götürən şəxsin ad və soyadı verilir, onunla bağlı mülkiyyət və vərəsəlik hüquqları formalaşır. Bu gün əsas məqamlardan biri odur ki, övladlığa götürülən uşaqlar arasında daha çox 3 yaşa qədər olanlara üstünlük verilir. Bizə də bu barədə müraciətlər olur və izah edirik ki, yalnız 3 yaşa qədər uşaqları seçmək düzgün yanaşma deyil.


Axı 3 yaşdan yuxarı uşaqların da sevgiyə və ailəyə ehtiyacı var. Adətən narahatlıq ondan ibarət olur ki, gələcəkdə uşaq onun bioloji övlad olmadığını biləcək. Amma onsuz da nə vaxtsa bunu öyrənəcək. Uşağı aldatmaq doğru deyil. Əgər bu fakt uzun müddət gizlədilərsə və uşaq sonradan övladlığa götürüldüyünü öyrənərsə, bu, daha ciddi psixoloji fəsadlara səbəb ola bilər. Bu baxımdan, insanların daha çox 3 yaşa qədər uşaqlara üstünlük verdiyini görürük”.

Kəmalə Ağazadə əlavə edib ki, bununla yanaşı, bizim təcrübəmizdə sığınacaqda reabilitasiya keçmiş 7-8 yaşlı uşaqların da övladlığa verildiyi hallar olub:

“Kimlər uşağı övladlığa götürə bilməz? Ağır dərəcədə sağlamlıq məhdudiyyəti olan şəxslərə uşaq verilmir. Bildiyim qədər, qanunvericilikdə artıq I qrup əlilliyi olan şəxslərin də övladlığa uşaq götürməsi mümkündür. Lakin onların fiziki vəziyyəti ayrıca qiymətləndirilir. Həmçinin uşaqlara qarşı işgəncə, pedofiliya, zorakılıq və digər bu kimi ağır cinayətlərə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərə də qanunvericiliyə uyğun olaraq uşaq övladlığa verilmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO