Vətənin Vəlisi...

Vətənin Vəlisi...

Hazırda oxunan: Vətənin Vəlisi...
62379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
23 il bundan əvvəl 1991-ci ilin 20 noyabrında Qarakənd səmasında ermənilər Qarabağda Qarakənd səmasında növbəti qanlı faciə törətdilər. Bu qanlı olay nəticəsində Azərbaycan xalqının qaymaqları hesab olunan xeyli insanımızı itirdik. Helikopterdə həlak olan 23 nəfərin əksəriyyəti Azərbaycan xalqının görkəmli ictimai xadimləri, dəyərli və vətənpərvər ziyalıları idi. Hər il Vətənin ən ucqar guşələrində belə 20 noyabr faciəsinin qurbanlarının əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur, müxtəlif anım tədbirləri düzənlənir.
Belə tədbirlərdən biri də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Bu tədbir bütün faciə qurbanlarına, o cümlədən əslən Yardımlıdan olan, keçmiş SSRİ Ali Sovetinin deputatı, nüfuzlu ictimai və dövlət xadimi, ədəbiyyatşünas alim, alovlu vətənpərvər Vəli Məmmədova həsr olunub. Tədbir barəsində məlumatı saytımıza Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli Mirzəlioğlu verib. Ə.Mirzəlioğlu bildirib ki, əslində, bu tədbirin belə böyük formatda keçirilməsi Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Eldaroğlunun təşəbbüsü ilə baş tutub.
Tədbirdə Yardımlı şəhər 1 və 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, rayonun idarə və təşkilatlarının təmsilçiləri, o cümlədən ziyalılar və ağsaqqallar, Vəli Məmmədovun yaxın qohumları və o cümlədən bacısı Rita Məmmədov dəvət edilmişdi. 
Zaldakılar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər, sonra şəhidlərin əfsanəvi vətənpərvərliyi xatırlanıb, həmyerlimiz Vəli Məmmədovun Vətən təəssübkeşliyindən söz açılıb. 
Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri şair-publisist Elman Eldaroğlu, ağsaqqallardan əməkdar müəllim Nadir Əliyev, şəhər sakini, ağsaqqal Teyyub Abdulov, muzeyin əməkdaşı Əlisəfa Əhmədov, şəhər 1 sayli məktəbin tarix müəllimi Bəhruz Baba çıxış edərək faciə qurbanlarının keçdiyi həyat yolunun gənclərimizə örnək olacağını qeyd ediblər. Vəli Məmmədov adına şəhər 2 saylı orta məktəbin şagirdlərinin ifasında ona həsr edilmiş şeirlər səsləndirilib. 
Tədbirə görə təşkilatçılara minnətdarlığını bildirən V.Məmmədovun bacısı Rita xanım Məmmədova qardaşı haqqında gövrək xatirələrini iştirakçılarla bölüşüb, qardaşının şərəfli ömür yolundan danışıb.
Sonda Yardımlı Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə ərsəyə gəlmiş və Vəli Məmmədovun 80 illiyinə həsr edilmiş “Vətənin Vəlisi”x9d sənədli filmi nümayiş etdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO