Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO

Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO

Hazırda oxunan: Bakıda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO

622789

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Uğur" yaşayış kompleksində qeydə alınıb.

Binanın həyətində yerləşən məişət tullantıları yanıb.

Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş "Audi" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford" markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də "Ford" markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.












Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO