Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Hazırda oxunan: Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

619742
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr edilən tədbir keçirilib.
 
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramların yaranma tarixindən danışıb.
 
Tədbirdə ADU-nun çinşünas tələbələri bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat veriblər.
 
Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO