İlan, əqrəb və gənə dişləməsi zamanı bu səhvlər öldürür – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

İlan, əqrəb və gənə dişləməsi zamanı bu səhvlər öldürür – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: İlan, əqrəb və gənə dişləməsi zamanı bu səhvlər öldürür – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

619385

Yaz və yay aylarında təbiətdə vaxt keçirənlərin sayının artması ilə paralel olaraq ilan, əqrəb və gənə dişləməsi (sancması) hallarında kəskin artım müşahidə olunur.

İstanbul Ailə Həkimliyi Dərnəyi (İSTAHED) xalq arasında "doğru" bilinən, lakin əslində ölümə gətirib çıxaran ilk yardım səhvləri ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislər bildirir ki, filmlərdə görülən bəzi üsullar insanı xilas etmir, əksinə, ölümünü sürətləndirir.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, İSTAHED rəsmisi Dr. Kapukayanın sözlərinə görə, ilan dişləməsi zamanı yaranı sovurmaq və ya bıçaqla kəsmək zəhərin bədənə yayılmasını daha da sürətləndirir:

"İlanın dişlədiyi nahiyəni sovurmaq, gənənin üzərinə siqaret basmaq və ya əqrəb sancan yeri kəsib qanatmaq kimi üsullar zəhərin bədənə yayılmasını sürətləndirir və toxumaların məhvinə (nekroza) yol açır. Yaralı nahiyə (qol və ya ayaq) qətiyyən hərəkət etdirilməməli, sabit saxlanmalı və sabunlu su ilə yuyulmalıdır.

Bölgəyə birbaşa buz qoymaq və ya sıx turniket qoymaq da toxumanı çürüdə biləcəyi üçün son dərəcə zərərlidir".

Mütəxəssislər ilan dişləmələrində bədəndəki reaksiyaların sürətlə inkişaf edə biləcəyini, buna görə də qolbaq, üzük, saat kimi bəzək əşyalarının şişkinlik yaranmamışdan dərhal əvvəl çıxarılmasının vacibliyini vurğulayırlar.
 

Əqrəb zəhərinin isə birbaşa ürək və sinir sisteminə təsir etdiyini deyən həkimlər, bu halların xüsusilə uşaqlar və 65 yaşdan yuxarı şəxslər üçün ölümcül nəticələr yarada biləcəyini qeyd edir.


Əqrəb sancmasının əlamətlərinə dəqiqələr ərzində başlayan şiddətli yanma və sızıldama hissi, dərhal yaranan şişkinlik aiddir. Bu zaman yaralı bölgə hərəkətsiz saxlanmalı və sabunlu su ilə yuyulmalıdır. Xəstəxanaya çatana qədər ağrı və şişkinliyi azaltmaq üçün təmiz bir parçaya bükülmüş buzu (birbaşa dəriyə toxundurmadan) yaranın üzərinə qoymaq olar.

Mütəxəssislərin sözlərinə görə, əqrəb sancması zamanı xəstəxanada ən azı bir neçə saat həkim nəzarətində qalmaq mütləqdir.

Gənə dişləmələri də ölümcül xəstəliklərə yol açdığı üçün xüsusi diqqət tələb edir. İSTAHED rəsmiləri bildirir ki, gənənin üzərinə siqaret basmaq, spirt, odekolon və ya qaz yağı tökmək ən böyük səhvlərdən biridir. Bu maddələr gənənin stressə düşərək bədənindəki zəhərli mayeni (virusu) insanın qanına qusmasına səbəb olur.
 

Gənə bədənə yapışıbsa, dərhal ən yaxın tibb məntəqəsinə müraciət edilməlidir. Yaxınlıqda xəstəxana yoxdursa, gənə incə uclu bir maqqaşla, dərinin düz ən dibindən (başından) tutularaq, əzilmədən, sağa-sola burulmadan düz şəkildə yuxarıya doğru çəkilərək çıxarılmalıdır.


Həkimlər xəbərdarlıq edir ki, gənə çıxarıldıqdan sonrakı 10 gün ərzində şəxsdə yüksək qızdırma, halsızlıq, baş ağrısı, əzələ ağrıları, qusma və ya ishal kimi əlamətlər yaranarsa, vaxt itirmədən təcili olaraq infeksionist həkimə müraciət edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO