Rəqəmsal texnologiya insanlara hər nə qədər istifadəçi rahatlığı versə də, şəxsi məlumatların əlçatan olması xeyli müzakirələr yaradır. Xüsusilə axtarış platformalarında şəxsi məlumatlarla yanaşı, axtarılan mövzuların da məxfiliyi sual altındadır. Məhz buna görə son illərdə istifadəçilər, ələxüsus da iri şirkətlər məlumatların ələ keçməməsi üçün “Google”a alternativ axtarış sistemlərinə maraq göstərirlər. Bu alternativlərdən biri də məxfiliyi əsas prioritet kimi təqdim edən “Kvant” platformasıdır.
“Kvant” Fransa mənşəli axtarış sistemidir. 2011-ci ildə yaradılsa da, 4 iyul 2013-cü ildə istifadəyə verilib.
Bəs “Kvant” həqiqətən istifadəçilərə daha yüksək məxfilik təmin edir, yoxsa bu uğurlu marketinq strategiyasıdır?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən İT mütəxəssisi Əhəd Nərimanov bildirir ki, ümumiyyətlə rəqəmsal texnologiyada “tam təhlükəsiz” ifadəsi düzgün deyil, hər bir axtarış sistemi müəyyən texniki məlumatları əldə etməlidir.
Xüsusən də reklam üzərinə klik etdikdə məxfilik zəifləyə bilər. Çünki reklam sistemi istifadəçilərin izlənməsinə müəyyən imkanlar yaradır.
“Təbii ki, burda marketinq elementləri var. Bir məhsulun digərindən üstün olduğu təqdim edilirsə, əlbəttə ticari məqsəd güdür. Ona görə də bəzi ekspertlər və təşkilatlar Kvantın marketinq strategiyasına ehtiyatla yanaşırlar. Lakin məxfilik iddiaları da boş reklam deyil. “Kvant” “Google”dan fərqli olaraq axtarış tarixçəsini saxlamır, istifadəçi profilləri yaratmır. Bu baxımdan da “Google”un reklam və profil əsaslı biznes modelindən fərqlənir”.
Məlumat üçün bildirək ki, Avropa Parlamenti də daxili sistemlərində standart axtarış platforması olaraq “Kvant”a keçəcəyini açıqlayıb. Bu addım Avropanın texnoloji müstəqillik strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 10.06.2026
“Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR
Hazırda oxunan: “Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR
Hazırda oxunan: “Google”a rəqib gəlir: Profil tələb olunmur, axtarış tarixçəsi belə yoxdur – DETALLAR
618240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































