Kartof kəskin UCUZLAŞDI – Yeni QİYMƏTLƏR

Kartof kəskin UCUZLAŞDI – Yeni QİYMƏTLƏR

Hazırda oxunan: Kartof kəskin UCUZLAŞDI – Yeni QİYMƏTLƏR

618167

Son günlər kartofun topdansatış qiyməti kəskin ucuzlaşıb. Belə ki, “Meyvəli” topdansatış bazasında kartof bir ay əvvəllə müqayisədə 40-45 faiz daha ucuz satılır.

Bəs səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Meyvəli” topdansatış bazasında çalışan Elçin adlı iş adamı bildirib ki, ucuzlaşmaya səbəb Cəlilabad kartofunun bazara daxil olmasıdır:

“Bilirsiniz ki, hər ilin may ayında Cəlilabadda yetişdirilən faraş kartof bazara çıxır. Bu il hava şəraiti ilə bağlı proses bir qədər gecikib. Ötən həftədən başlayaraq Cəlilabad kartofu alıcılara təqdim edilir. Məhsulun maya dəyəri nisbətən ucuz başa gəldiyi üçün bu kartofun bir kiloqramının topdansatış qiyməti hazırda 35-40 qəpikdir. Pərakəndə satış məntəqələrində isə qiymətlər 50-60 qəpik arasında dəyişir.

Halbuki buna qədər əsasən İran, Pakistan və Türkiyədən gətirilən kartofları satırdıq. Həmin kartofların da bir kiloqramının topdansatış qiyməti 65-70 qəpikdən başlayırdı. Məhz Cəlilabad kartofunun bazara daxil olması ilə qiymətlər kəskin ucuzlaşıb. Bu ucuzlaşma hələ bir müddət davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO