Rus-tatar qəbiristanlığındakı məzarları kim dağıdır? - FOTO

Rus-tatar qəbiristanlığındakı məzarları kim dağıdır? - FOTO

Hazırda oxunan: Rus-tatar qəbiristanlığındakı məzarları kim dağıdır? - FOTO
617408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında bəzi məzarlar dağıdılıb. 

Qohumunun qəbrini ziyarət edən vətəndaşlardan biri belə bir mənzərə ilə qarşılaşdığını bildirib.

O qeyd edib ki, qəbirlərin başdaşları yararsız hala salınıb, xaçlar və hasarlar məhv edilib.

Məsələ ilə bağlı Əmircan qəsəbə bələdiyyəsinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən qəbiristanlıqda mütəmadi olaraq abadlıq işləri aparılır:

“Bu qəbiristanlıqdakı məzarlar yiyəsiz qəbirlərdir. Burada 30-40 ilin qəbirləri var. Qəbirlər rus, tatar və ermənilərə məxsusdur. Buna görə də mütəmadi olaraq gəlib ziyarət edən də yoxdur. Bura nəzarət edən şəxs də elə rus-tatar əsillidir.

Qəbirlərin bəziləri uzun müddət öncə dağıdılandır. Amma biz mütəmadi olaraq burada təmizlik işləri aparırıq və dağılan qəbirlərin bərbasını edirik. Baş verən hadisə ilə bağlı ötən gün məlumat almışıq. Bundan sonra məsələnin araşdırılması və qəbirlərin kim tərəfindən yararsız hala salınmasını öyrənmək üçün polisə müraciət etmişik. Yaxın zamanda onların bələdiyyə tərəfindən bərpası işləri aparılacaq”. (qafqazinfo)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO