144 nömrəli tam orta məktəb “Xeyirxahlıq Festivalı”na qoşuldu - FOTO

144 nömrəli tam orta məktəb “Xeyirxahlıq Festivalı”na qoşuldu - FOTO

Hazırda oxunan: 144 nömrəli tam orta məktəb “Xeyirxahlıq Festivalı”na qoşuldu - FOTO

616845

Təhsil yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinin formalaşdırılması prosesidir. Məhz bu baxımdan müəllim əməyinə hörmət və minnətdarlığın ifadə olunmasına xidmət edən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media bildirir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ThinkIn təşkilatının əməkdaşlığı ilə həyata keçirilən “Xeyirxahlıq Festivalı” müəllim əməyinin dəyərləndirilməsi və xeyirxahlıq mədəniyyətinin təşviqinə yönəlmiş mühüm layihələrdən biridir.

Festivalın əsas məqsədi müəllimlərə cəmiyyətin dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, empatiya, qarşılıqlı hörmət və həmrəylik kimi mənəvi dəyərlərin təbliğini gücləndirməkdir.

Layihə çərçivəsində ölkənin ümumtəhsil müəssisələrində “Xeyirxahlıq Marafonu” təşkil olunur və müxtəlif sosial, yaradıcı və maarifləndirici fəaliyyətlər həyata keçirilir.
 

Bakı şəhəri 144 nömrəli tam orta məktəb də bu əhəmiyyətli təşəbbüsə fəal şəkildə qoşulmuşdur. Məktəbin direktoru İlahə Həmidovanın rəhbərliyi ilə pedaqoji kollektiv və şagirdlər festivalın ideyalarını dəstəkləyərək müəllimlərə təşəkkür və minnətdarlığın ifadəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirmişlər.


Festival çərçivəsində məktəbdə “Təşəkkür Divarı” yaradılmış, şagirdlər müəllimlərinə ünvanladıqları səmimi fikirləri və minnətdarlıq mesajlarını burada paylaşmışlar. Bununla yanaşı, müəllim əməyinin yüksək qiymətləndirilməsinə yönəlmiş müxtəlif yaradıcı təqdimatlar, sosial təşəbbüslər və maarifləndirici fəaliyyətlər təşkil edilmişdir. Keçirilən tədbirlər məktəbdə müsbət psixoloji mühitin formalaşmasına, müəllim-şagird münasibətlərinin daha da möhkəmlənməsinə və qarşılıqlı hörmət dəyərlərinin təşviqinə xidmət etmişdir.

144 nömrəli tam orta məktəbin festivalda iştirakı bir daha sübut edir ki, uğurlu təhsil mühiti yalnız akademik nailiyyətlərlə deyil, həm də xeyirxahlıq, mərhəmət və insanpərvərlik kimi ali dəyərlərlə formalaşır.

Məktəb kollektivi gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirərək şagirdlərdə sosial məsuliyyət, empatiya və vətəndaşlıq dəyərlərinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

“Xeyirxahlıq dünyamızı gözəlləşdirir” ideyasını özündə birləşdirən festival müəllim əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, təhsil ictimaiyyətində birlik, həmrəylik və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinə də mühüm töhfə verir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO