
- A-
- A
- A+
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Lalə Abdullayeva Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini təyin edilib.
Bizim.Media xəbər verir ki, Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Prezident bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.
2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib.
Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb. (unikal.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































