Qohumunu 14 bıçaq zərbəsi ilə öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Qohumunu 14 bıçaq zərbəsi ilə öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: Qohumunu 14 bıçaq zərbəsi ilə öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
616499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qohumunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vüqar Abuzərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, V.Abuzərov 17 il azadlıqdan məhrum edilib.
 

İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində - V.Abuzərovun yaşadığı evdə baş verib. Vüqar evini təmir etdirmək üçün qohumu Adillə danışıb və onların arasında razılıq əldə olunub.


Bir neçə gün sonra Adil evə divar kağızları vurarkən Vüqarla arasında mübahisə yaranıb. Bu zamanı Adil şüşə qabı Vüqara atıb.

Bundan əsəbiləşən Vüqar mətbəx bıçağı ilə Adilə 14 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. O, daha sonra qardaşına zəng vurub, hadisəni danışıb, ardınca polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb, V.Abuzərov barəsində həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO