Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO

Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO

Hazırda oxunan: Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO
616273
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərdə ölkəmizdə yapon mətbəxinə, o cümlədən suşinin müxtəlif növlərinə maraq artır. Ancaq bu məhsul düzgün şəraitdə hazırlanmadıqda insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər.

Bəs vətəndaşlar suşi sifariş edərkən nələrə diqqət etməlidirlər?

Bizim.Media xəbər verir ki, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, suşi düzgün hazırlanmadıqda, saxlanılmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilər:

"Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır".

Qida mütəxəssisi Seymur Qafarov isə məsələyə belə münasibət bildirib:

"Suşi hazırlandıqdan sonra maksimum 1-1.5 saat ərzində istehlak edilməlidir. Düyü və digər inqredientlərin bir-birinə həddindən artıq yapışması məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir.

Restoranlarda suşi hazırlanarkən istifadə olunan çiy balıq daimi olaraq 0 ilə +4 dərəcə arasında saxlanılmalıdır. Uzunmüddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcədə dondurulmalıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO