Qusarın icra başçısı aprel şəhidinin medalını ailəsinə təqdim edib - FOTO

Qusarın icra başçısı aprel şəhidinin medalını ailəsinə təqdim edib - FOTO

Hazırda oxunan: Qusarın icra başçısı aprel şəhidinin medalını ailəsinə təqdim edib - FOTO

613196

Bu gün  Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Caqarqışlaq kəndində  aprel şəhidi Əmiraslan Xəlil oğlu Xeyirbəyovun ailəsini ziyarət edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidin Caqarqışlaq kəndində xatirə lövhəsi ziyarət edilib.

Daha sonra icra başçısı şəhidin ailəsinə Əmiraslanın  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş  "Vətən uğrunda" medalını təqdim edib.
 

Şəhid ailəsi ilə həmsöhbət olan icra başçısı onların qayğı və problemləri  ilə maraqlanıb. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürlərini bildiriblər.


Qeyd edək ki, Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996-cı il dekabr ayının  10-da Qusar rayonunun Caqarqışlaq kəndində doğulub. 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub, aprelin 9-da doğulduğu kənddə dəfn edilib.

Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO