"AzerGold"un satışdan gəlirləri 1 milyard manata yaxınlaşıb

Hazırda oxunan: "AzerGold"un satışdan gəlirləri 1 milyard manata yaxınlaşıb
611957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ildə "AzerGold" QSC qızıl-gümüş satışı hesabına ölkə iqtisadiyyatına 207,2 milyon manat, 2017-2022-ci illərdə isə 960,7 milyon manat vəsait cəlb edib.

Məlumata görə, ötən il qurum 63,5 min unsiya qızıl və 207,8 min unsiya gümüş satıb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 3,7 min unsiya (6,1 %) və 74,9 min unsiya (56,3 %) çoxdur.

Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.

2022-ci ildə satılmış qızılın 59,9 min unsiyası, gümüşün isə 193,5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə isə 555 unsiya qızılın, 14,2 min unsiya gümüşün satışı icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO