BDU tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq

BDU tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq

Hazırda oxunan: BDU tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq

611439
Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq. 
 
Moderator.az xəbər verir ki, bu, DOST Agentliyi və BDU arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planında əksini tapıb. 
 
Birgə Fəaliyyət Planına əsasən, iki qurum arasında idarəetmə, sosial-iqtisadi, təhlil-statistika, insan resursları, ictimaiyyətlə əlaqələr və s. istiqamətlərdə birgə təlimlərin təşkili, DOST Agentliyinin peşəkar əməkdaşlarının BDU-da ustad dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur. 
 
Birgə əməkdaşlıq çərçivəsində BDU-nun Sosial iş ixtisası üzrə tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq. BDU tələbələrinin DOST Agentliyinin könüllülük proqramında aktiv iştirakı üçün maarifləndirici infosessiyalar keçiriləcək. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO