Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Hazırda oxunan: Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO
611196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə yerləşən günəbaxan tumu emalı sexində irimiqyaslı yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsi ərazisində, Ə.Arazov küçəsində fəaliyyət göstərən sexdə qeydə alınıb.

Sexdə qəfil başlayan alov qısa müddətdə genişlənərək böyük sahəni əhatə edib.

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Rəsmi məlumata əsasən, yanğın nəticəsində sexin 1500 kvadratmetr sahəsi, o cümlədən avadanlıq və hazır məhsul yanıb.

Sexdə günəbaxan tumunun tezalışan məhsul olması və anbarda yağların toplanması yanğının genişlənməsinə, eləcə də söndürmə işlərində çətinliklərin yaranmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO - foto 1
Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO - foto 2
Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO - foto 3


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO