Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Hazırda oxunan: Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

610627

Bakıda müştəri kassiri döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən “Araz” marketdə qeydə alınıb.

İttiham aktına görə, 33 yaşlı Turanə İsayeva (ad və soyad şərtidir) müştəri qismində gəldiyi həmin marketdə kassirlə ərzaqların sellofana yığılması üstündə mübahisə edib.

Belə ki, Turanə pulu çantasından çıxardığı üçün vaxt getməsin deyə kassirdən ərzaqların sellofana yığmasını istəyib. Kassir isə bunun əlavə xidmət olduğunu deyib.

Daha sonra inzibatçının tələbi ilə kassir ərzaqları sellofana yığıb. Lakin Turanənin aldığı ərzaqlardan pendir sellofana qoyulmayıb. Buna görə də tərəflər arasında mübahisə düşüb.

Mübahisə zamanı Turanə kassirin arxasınca mətbəxə gedərək onun saçından tutub və əli ilə qızın başına zərbə vurub. Nəticədə marketin işçisi xəsarət alıb.

Zərərçəkənin şikayəti əsasında Turanə İsayeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənin tələbi ilə ona 400 manat göndərdiyini və onunla barışdığını deyib. Zərərçəkən də həmçinin Turanə İsayevaya qarşı şikayət və tələbinin olmadığını deyərək, onun barəsində yüngül cəza seçilməsini yaxud cinayət təqibinə xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Turanə İsayeva məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO