Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib – RƏSMİ

Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib – RƏSMİ

Hazırda oxunan: Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib – RƏSMİ
608472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Qeyd edək ki, saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO