Şagirdlər bu şəraitdəki bufetlərdə qidalanır - FOTO

Şagirdlər bu şəraitdəki bufetlərdə qidalanır - FOTO

Hazırda oxunan: Şagirdlər bu şəraitdəki bufetlərdə qidalanır - FOTO

608166

Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 

Bildirilib ki, cari ilin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Monitorinqlərin nəticəsində 23 məktəbdə yararlılıq müddəti bitmiş, beşində isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.


Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar satışdan kənarlaşdırılıb.

Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO