Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Hazırda oxunan: Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

607136

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Masazırda iki qadın qətlə yetirilib 

 

Xatırladaq ki, hadisə aprelin 12-də baş verib. Masazır qəsəbəsində P.Süleymanova və N.İsgəndərli kəsici-deşici alətlə xəsarət yetirilib, onlar aldıqları xəsarətdən hadisə yerində ölüb.


Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO