Hava şəraiti nə vaxt sabitləşəcək?

Hava şəraiti nə vaxt sabitləşəcək?

Hazırda oxunan: Hava şəraiti nə vaxt sabitləşəcək?
607082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində sabah gündüz yağıntıların tədricən kəsiləcəyi, aprelin 16-da isə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
 

O bildirib ki, aprelin 14-ü Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin aprelin 15-i gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 12-16 dərəcə isti olacağı proqnozlaşdırılır.



Gülşad Məmmədova deyib ki, bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir.

Dağlıq ərazilərdə qar yağır, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i gündüz isə yağıntılar tədricən kəsiləcək.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Proqnozlar Bürosunun direktoru diqqətə çatdırıb ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO