Şit zarafat edənlərin DİQQƏTİNƏ – Bu təhlükəli xəstəliyin XƏBƏRÇİSİDİR

Şit zarafat edənlərin DİQQƏTİNƏ – Bu təhlükəli xəstəliyin XƏBƏRÇİSİDİR

Hazırda oxunan: Şit zarafat edənlərin DİQQƏTİNƏ – Bu təhlükəli xəstəliyin XƏBƏRÇİSİDİR

607019

Bəzi insanlar bəlli yaşa qədər özlərini abırlı, ağır aparmalarına baxmayaraq qəfil yersiz hərəkətlər, şit zarafatlar etməyə başlayırlar. Azərbaycanda buna “qocaldıqca xərifləmək” deyirlər.

Psixologiya da bunu özünəməxsus izah edir:

indiyədək basdırılmış duyğuların “rahatlaşma dövrləri”ndə, yəni yaşlananda üzə çıxması. Şifahi xalq ədəbiyyatı və psixologiya elminin güman ki, öz gerçəklik payı var. Amma ənənəvi tibb bunu başqa bir təhlükə ilə əlaqələndirir.

Belə ki, ağsaqqal çağında ədəbsiz zarafatlara olan həvəsin yaranması demensiyanın erkən mərhələlərinin əlaməti ola bilər.

Bu, beynin frontal paylarının zədələnməsi ilə əlaqələndirilir.

Beynin frontal (alın) paylarının zədələnməsi şəxsiyyət dəyişiklikləri, sosial davranış pozğunluqları, emosional tənzimləmənin itməsi ilə nəticələnir. İnsanda sosial normalara uymamaq, həyasızlıq, laqeydlik və ya əhvalın kəskin dəyişməsi müşahidə olunur.

Bundan başqa planlama, qərar vermə, diqqəti cəmləmə qabiliyyəti itirilir.

Frontal paylar beyin qan dövranının kəskin pozulması, həmçinin kəllə-beyin travmaları, qəzalar nəticəsində alınan zərbələrdən yarana bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO